“Neftçi” və “Xəzər-Lənkəran” eyni aqibəti yaşadı
03.02.2010 - 17:56
“Neftçi” və “Xəzər-Lənkəran” eyni aqibəti yaşadı
Bu gün keçirilən oyunlarla Unibank Premyer Liqasının XVIII turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşündə “Neftçi” və “Qarabağ” kimin güclü olduğunu müəyyənləşdirə bilməyib. Öz meydanında 4 ildir rəqibinin qapısına yol tapa bilməyən bakılılar bu dəfə də qol və qələbə həsrətini qıra bilməyib. “Neftçi” büdrəməklə liderlə xal fərqinin artmasına üzülüb ki, 6-cı pillədə qərarlaşan bakılılar “İnter”dən 9 xal geri qalır. Paytaxt təmsilçisi ilə arasındakı 6 xallıq fərqin azalmasına imkan verməyən ağdamlılar ikinci pillədə qalsa da, liderdən 3 xal uzaq düşüb.

Bu, “İnter”in çətin qələbəsindən sonra mümkün olub. “Bankirlər” autsayderlər qrupunda qərarlaşan “Muğan”ın müqavimətini yalnız sonuncu dəqiqələrdə qırmağa müvəffəq olublar. Salyanlılardan fərqli, turnir cədvəlinin aşağı hissəsində qərarlaşan komandalardan ikisi sensasiyaya imza ata bilib. “Standard” heç kimin gözləmədiyi halda Lənkəran səfərindən xalla qayıdıb. Qolsuz bitən qarşılaşma “Xəzər-Lənkəran”ın “Qarabağ”ı arxada qoymasına imkan verməyib. Ötən mövsümün bürünc mükafatçısı olan “Simurq” isə ümumiyyətlə turu xalsız başa vurub. Qış fasiləsində heyətini təcrübəli futbolçularla gücləndirən “Karvan” sonuncu pillədən qurtulmaq iddiasında olduğunu zaqatalalılar üzərində qələbə ilə nümayiş etdirib.

Qeyd edək ki, növbəti turun oyunları fevralın 7-də keçiriləcək.

2 fevral

"Bakı" - "Turan" - 2:1

QOLLAR: Jaba, 44; Kürşat Duymuş, 76 - Rəşid Həsənov, 60
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Samir Hacıyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Füzuli Cavadov
Hakim-inspektor: Səfər Haşımov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

"Olimpik-Şüvəlan" - "Qəbələ" - 0:2
QOLLAR:Kristian Torres, 12; 44
Hakimlər: Rasim Məmmədov, Azər Əsgərov, Aydın Ələkbərov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Akif Məmmədov
Bakı. "Şəfa" stadionu

3 fevral

"Karvan" - "Simurq" - 3:2

QOLLAR: Xaqani Məmmədov, 5; 64; Markos Ferreyra, 42 - Draqan Perişiç, 34; Aleksandr İntskirveli, 76 (avtoqol)
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Ramiz Əsədov, Fuad Həsənov
AFFA nümayəndəsi: Bəşir Əliyev
Hakim-inspektor: Novil İsmayılov
Yevlax. Şəhər stadionu

"Neftçi" - "Qarabağ" - 0:0
Hakimlər: Elçin Məmmədov, Vaqif Musayev, Roman Vasilyev, Azad Mütəllimov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
82-ci dəqiqədə “Neftçi”nin yeni transferi Cavid Hüseynov qırmızı vərəqə alaraq meydandan qovulub.

"Xəzər Lənkəran" - "Standard" - 0:0
Hakimlər: Elnur Muradov, Habil Əliyev, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əmir Zamanov
Lənkəran. Şəhər mərkəzi stadionu

"İnter" - "Muğan" - 1:0
QOL: Petar Zlatinov, 74
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Eldar Nağıbəyov, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Mehdi Qasımov
Hakim-inspektor: Nüvər Xasıyev
Bakı. "Şəfa" stadionu

komandalar

O

Q

H

M

T

X

1

"İnter"

18

12

3

3

31-16

39

2

"Qarabağ"

18

10

6

2

16-8

36

3

"Xəzər-Lənkəran"

18

10

6

2

24-10

36

4

"Bakı"

18

9

4

5

18-15

31

5

"Neftçi"

18

8

6

4

18-12

30

6

"Qəbələ"

18

8

5

5

21-18

29

7

"Simurq"

18

7

7

4

20-16

28

8

"Olimpik-Şüvəlan"

18

4

6

8

16-20

18

9

"Muğan"

18

3

5

10

12-25

14

10

"Turan"

18

3

4

11

20-28

13

11

"Standard"

18

2

4

12

14-28

10

12

“Karvan”

18

2

4

12

14-28

10


Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Girts Karlsons (“İnter”), Adrian Neaqa ("Neftçi") - 7