Emin Quliyev Berdıyevdən nə alıb?
03.02.2010 - 11:30
Emin Quliyev Berdıyevdən nə alıb?
Yevlaxın "Karvan" klubu qış transfer fəaliyyətini başa vurub. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, 10 futbolçunu heyətinə qatan Yevlax təmsilçisinin yeni transferlərinin çıxış edəcəyi nömrələr də müəyyənləşib.

Yunis Hüseynovun komandasına keçən təcrübəli futbolçular Emin Quliyev, Zaur Ramazanov, Xaqani Məmmədov, Füzuli Məmmədov və Rauf Mehdiyev əvvəllər çıxış etdikləri sevimli nömrələrinə qovuşub. Emin “Xəzər-Lənkəran”da olduğu kimi yenə 5-i seçibsə, Füzuli 6, Zaur 10, Xaqani 20, Rauf isə 44-ə sadiqliyini göstərib.

Digər transferlərdən Rövşən Əmiraslanov 9, Ceyhun Adışirinov 14, Şəhriyar Rəhimov 13, Tiaqo Roşa dos Santos 3, Murat Hamroyev isə 27 nömrəli formanı daşıyacaqlar.

Qeyd edək ki, mövsümün ilk yarısında bu nömrələrdən yalnız üçü – 6, 9 və 44 “Karvan”da sahibsiz idi. Digərlərindən isə 3 İlham Yadullayevə, 4 Elxan Cəbrayılova, 5 Ömər Berdıyevə, 10 Cavid İmamverdiyevə, 14 Bəşir Müqədiyə, 20 Mixail Mesxiyə, 27 Yuri Muzikaya məxsus idi.