Əlinin papağı Vəlinin başına...
03.02.2010 - 11:41
Əlinin papağı Vəlinin başına...
Zaqatalanın “Simurq” klubunun yeni futbolçularının hansı nömrə altında çıxış edəcəkləri dəqiqləşib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi yeni nömrəli forma sifariş etməyib. Qış fasiləsində gerçəkləşən transferlərə komandadan ayrılan oyunçuların formaları verilib.

Serbiyalı mərkəz müdafiəçiləri Nenad Beqoviç və Draqan Perişiç, ukraynalı dayaq yarımmüdafiəçisi Andrey Raspopov və moldovalı hücumçu Aleksandr Qolban “Simurq”la yolların ayıran futbolçuların formaları ilə kifayətləniblər. Onlardan ikisi Azərbaycan milli komandasının sabiq oyunçularının xələfi olub. Belə ki, Beqoviç Daniel Axtyamovun geydiyi 33, Perişiç isə Sergey Sokolovun daşıdığı 5 nömrəli formaya sahib çıxıb. Raspopova “24”, Qolbana isə “32” nəsib olub. Mövsümün ilk yarısında bu nömrələr müvafiq olaraq, Vüsal Qarayav və Andrey Sokolenkoya məxsus idi.