“Tahir Süleymanov mətbuatla ünsiyyətimə icazə vermir”
03.02.2010 - 12:17
Rusiyanın “Rubin” klubunun maraq dairəsinə düşən “Neftçi”nin futbolçusu Araz Abdullayevin mətbuatla ünsiyyətinə qadağa qoyulub. Bunu apasport.az saytına 18 yaşlı yarımmüdafiəçinin özü deyib. Hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Abdullayev ona KİV nümayəndələri ilə danışmağı yasaqlayan şəxsin adını da açıqlayıb.
“Klubumuzun vitse-prezidenti Tahir Süleymanov mətbuatla ünsiyyətimə icazə vermir. Məndən istənilən məsələ ilə bağlı müsahibə götürmək üçün Süleymanovdan icazə almaq lazımdır. Yalnız “Neftçi”nin saytına sərbəst danışa bilərəm. Yəni, mənə aid olan xəbərlər oynadığım klubun vasitəsilə yayılmalıdır. Əks təqdirdə, “Neftçi” rəhbərliyi mənə qarşı cəza tətbiq edəcək” - deyə Abdullayev vurğulayıb.
Komandanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu isə apasport.az-a bildirib ki, hansısa futbolçunun mətbuatla ünsiyyət qurmasına qadağa qoyulmayıb: “Bu qadağa Süleymanovluq deyil. Biz indi Araz Abdullayevə zəng vurub deyərik ki, saytınıza açıqlama versin”.

0
0