“Qarabağ”da “lipa” tapıldı
03.02.2010 - 13:04
“Qarabağ”da “lipa” tapıldı
AFFA-nın İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, İK Ağdamın “Qarabağ” klubunun futbolçusu Sabir Ramazanovla bağlı məsələni araşdırıb.

Əvəzedici komandanın üzvü olan oyunçunun “lipa” olduğunu müəyyənləşdirən qurum ona müvafiq cəza tətbiq edib. Təvəllüdü ilə bağlı yanlış informasiya təqdim edən Sabir 6 ay müddətinə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Əvəzedicilərin çempionatında liderlik edən komandanı cəzalandırmayan İK “Qarabağ”a göndərilən xəbərdarlıq məktubu ilə kifayətlənib. Məktubda klub rəhbərliyinin nəzərinə çatdırılıb ki, analoji hallar təkrarlanacağı halda, ciddi sanksiyalar tətbiq olunacaq.