Vaqif Qasımovdan maraqlı açıqlamalar: Məgər biz futbol oynamamalıyıq?
03.02.2010 - 13:32
“Biz gələndə komanda çox pis vəziyyətdə idi. 9-cu yerdə idi, xal qazana bilmirdi. Komandanı saxlayıb, indiki vəziyyətə gətirmişiksə, bu, böyük şeydir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımov deyib.
Unibank Premyer Liqasının qış fasiləsindən sonrakı ilk turda evdə “Qəbələ”yə uduzan (0:2) “təyyarəçilər” bununla da “altılığ”a düşmək şansını itirdi. Qasımov uğursuz çıxışın səbəbini indi yox, mövsümün əvvəlində axtarmağı məsləhət bilir: “Yay transfer müddətində böyük səhvlər buraxılmışdı. Komanda bərbad halda olduğundan, “altılığ”a düşmək çox çətin idi. Prezident postuna keçəndən sonra çatışmazlıqları aradan qaldırmağa başladıq. İlk dövrə bitən kimi, baş məşqçi postuna gətirdiyimiz Nazim Süleymanovun qarşısına “altılığ”a düşmək vəzifəsi qoyulmamışdı. Bu mənada indi ondan nəsə tələb etmək düzgün olmazdı. “Altılıq”dan əlimizi üzmüşüksə, məgər daha oynamamalıyıq? Biz bura futbol oynamağı gəlmişik və xal qazanmaq uğrunda mübarizəmizi sona kimi davam etdirəcəyik. Rəqib kim olursa-olan, ona müqavimət göstərəcəyik. Qarşıda hələ “altılığ”a namizəd olan “Simurq”, “Qarabağ” kimi komandalarla görüşümüz var”.
Prezident cari mövsümdə bütün diqqətlərini 1/4 finala çıxdıqları ölkə kubokuna yönəltdiklərini bildirib. Bunun üçün bütün güclərini ortaya qoyacaqlarını deyən Qasımov yeni mövsümlə bağlı çox iddialıdır: “Elə Süleymanovu buna görə komandaya cəlb etmişik. Bütün hazırlığımız həmin vaxta yönəlib. Əsas transferlərimiz yayda, mövsümlərarası fasilədə olacaq. Yeni çempionatda hədəfimiz çox böyükdür. Qarşımızda mövsümü ilk “üçlük”də başa vurmaq tələbi qoyulub. Başqa tələb də ola bilməz. Bu komandanın heç yarısı yeni mövsümə qalmayacaq. Tam yeni komanda quracağıq. Onsuz da mövsümün bitməsinə üç ay qalıb və çempionatı indi heyətimizdə olan 19-20 futbolçu ilə başa vuracağıq”.

0
0