“Olimpik-Şüvəlan”ın futbolçusu oyun satıb
03.02.2010 - 13:51
Bakının “Olimpik-Şüvəlan” klubunun futbolçusu oyun satmaqda şübhəli bilinir. Apasport.az saytının məlumatına görə, Ukrayna mətbuatı moldovalı müdafiəçinin hələ həmin ölkədə oynadığı vaxt çirkin işlərdə iştirak etdiyini ehtimal edir. Laşenkov 2007/08 mövsümündə şərəfini qoruduğu “Karpatı”nın “Metallist”lə səfər qarşılaşmasının “qəhrəman”larından sayılır.
Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkis bir neçə gün əvvəl İcraiyyə Komitəsinin iclasında həmin görüşün danışılmış olduğunun mümkünlüyünü vurğulamışdı. “Karpatı” rəhbərliyi isə oyunu vermədiyini, amma bəzi futbolçuların bunu etmiş olduğunu istisna etmədiyini bildirmişdi. Qarşılaşmanın izinə düşən həmkarlarımız isə Sergeydən şübhələnməyə başlayıb.
Jurnalistlərin gəldiyi qənaət isə belə olub: “Oyunun statistikasına baxanda belə fikirləşdik ki, bu moldovalı legioner Sergey Laşenkov ola bilər. İlk qol onun səhvindən vuruldu. Üçüncü qolu isə Sergey öz qapısına vurdu, az keçməmiş qırmızı vərəqə aldı. Ardından saytlardan biri oyun satmaqla bağlı etirafların əks olunduğu video kadrları izləyənlərin fikrini dərc etdi. Videodakı futbolçunun Laşenkova oxşadığı bildirilirdi. Həmin videodakı adam isə mübarizədən imtinaya görə hər futbolçunun 10 min dollar aldığını etiraf edir. Onun sözlərinə görə, pulların bölüşdürülməsində ehtiyat oyunçular və qapıçı iştirak etməyib. Şəxsi mənbələrimdən aldığım məlumata görə, hər şeydən xəbər tutan klub prezidenti “Karpatı”nın futbolçuları ilə ciddi söhbətləşib və məhz Laşenkov oyunçulara pul verildiyini etiraf edib. Lakin bu şəxsi mənbədən aldığım məlumat olduğu üçün sübut yoxdur”.
Qeyd edək ki, Moldova milli komandasının kapitanı olan Laşenkov “Olimpik-Şüvəlan”a 2007/08 mövsümündə çıxış etdiyi “Karpatı”dan keçib.
Mənbə: http://football.sport.ua/

0
0