Azərbaycanlı futbolçuların maşınları - SİYAHI
03.02.2010 - 14:10
XX əsrin sonları. Azərbaycanda futbol üzrə ölkə çempionatı yeni-yeni keçirilməyə başlanır. Əlbəttə ki, həmin dövrdə hər hansı peşəkarlıqdan, maddi dayaqlardan söhbət gedə bilməzdi. Futbolçular adətən, 50 dollar maaş alırdılar. Bəzi oyunçular isə öz biznes sahəsini qurub, idmanın şahına hobbi kimi baxırdılar. Futbol klublarının çoxunu rayonda ad-sanı, marketləri, vəzifəsi olan şəxslər maliyyələşdirirdilər. Həmin şəxs işdən çıxarılanda və ya gəliri azalanda klubun gələcək taleyi sual altına düşürdü. “Neftçi”, “Kəpəz”, “Şəmkir”, bəlkə də “Turan” istisna olmaqla, digər klubların normal avtobusu belə yox idi. Səfər matçlarına getmək, futbolçular üçün zədələnməkdən və ya futboldan uzaq qalmaqdan daha ağır görünürdü. 300 və ya 400 km kələ-kötür yollarla getdikdən sonra həmin futbolçular oyuna çıxırdılar. Matçdan sonra tərləri qurumamış, həmin avtobusa minib geri qayıdırdılar. Otel nə idi, dincəlmək nə idi?
Artıq XX əsr başa çatırdı. Millət “Jiquli” ilə “sağollaşıb”, “Mercedes”lə tanış olurdu. Zamanın tələbinə uyğun olaraq, futbolçuların da yaşayışı və əməkhaqları normallaşırdı. Amma hələ 1999-2000-ci illərdə də cüzi maaşa oynayan futbolçulara rast gəlinirdi. 2003-04-cü illərdə isə Azərbaycan futbolunda maddi inqilab başlandı. Artıq futbolçular milli valyutanı bəyənmir, dolları bağırlarına basırdılar. İllər keçdikcə futbolçuların maddi vəziyyətləri daha da yaxşılaşır və onlar cəmiyyətin elit təbəqəsinə çevrilirlər.
Artıq XXI əsrdə yaşayırıq. Futbolçular külək vuranda “qanad”ı çıxmaq təhlükəsi olan mikroavtobuslara möhtac deyillər. Artıq “Neftçi” bazasının önündə insan yox, maşın izdihamı yaşanır. Məşq və ya oyun bitəndən sonra futbolçular klubun avtobusuna deyil, öz maşınlarına minirlər. Səfərə çıxmaq futbolçular üçün cəhənnəmi görüb gəlməkdən betər deyil.
Maraqlıdır ki, futbolçularımız maşınları əlcək kimi dəyişirlər. Onları bir gün bu, o biri gün isə başqa maşında görürsən. Məsələn, Zaur Ramazanovun maşını getdiyi yerdən asılı olaraq dəyişir. 34 yaşlı futbolçu məşqə “07”-də, gəzməyə “İnfiniti”də yollanır. Zaurun bütün maşınları Bakıdadır. Elə futbolçu da var ki, bölgədə doğulub, amma paytaxt klubunda oynayır. Onun bir maşını rayonda, digəri isə Bakıdadır. Elələri də var ki, indi “11 nömrəyə” (iki ayaq nəzərdə tutulur) möhtacdır. Elə bilməyin ki, kasıblayıb. Sadəcə, köhnə maşınını satıb, yenisini alarkən model seçməkdə tərəddüd edir.
Gəlin görək, azərbaycanlı futbolçulardan hansının maşını var? Onlar hansı modelləri bəyənirlər? Avtomobilə külli miqdarda pul xərcləyənlər kimlərdir?
1. Aftandil Hacıyev (Azərbaycan yığmasının keçmiş üzvü, “Qarabağ”ın müdafiəçisi): Antalyaya təlim-məşq toplanışına getməzdən öncə “Mercedes” markalı maşınını satıb. İndi futboldan çox yeni model seçməyə vaxt ayırır. Bu həftə ərzində yeni maşınına qovuşacaq.
2. Xaqani Məmmədov (Azərbaycan yığmasının sabiq üzvü, “Karvan”ın oyunçusu): Karyerası ərzində iddialı klublarda oynayıb. Maşına həvəsi var, hazırda “X5” sürür.
3. Zaur Ramazanov (Azərbaycan yığmasının sabiq üzvü, “Karvan”ın hücumçusu): Zaur hər il bir maşın dəyişir. İndi son model “İnfiniti” sürür.
4. Samir Abbasov (Azərbaycan yığmasının və “İnter”in üzvü): Samir karyerasının son illərində pis qazanmayıb. Amma nədənsə, maşınını tez-tez dəyişmir. Uzun müddətdir ağ “Prado” sürür.
5. Ceyhun Sultanov (Azərbaycan yığmasının keçmiş üzvü, “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi): Ceyhun uzun müddətdir zədəli olsa da, maddi gəliri yaxşıdır. 3 ildir “Xəzər Lənkəran”da çıxış edən futbolçunun son model “İnfiniti”si var.
6. Yunis Hüseynov (Azərbaycan yığmasının keçmiş üzvü, “Karvan”ın baş məşqçisi): Şübhəsiz, Yunis Hüseynov ölkəmizin ən populyar futbolçu və məşqçilərindəndir. Onun maşını da son modeldir, populyardır: “X5”.
7. Ayxan Abbasov: (”Qarabağ”ın üzvü): Son illər ehtiyatda qalmasına baxmayaraq, yaxşı karyeraya malikdir. Boyu bəstə olsa da, hündür maşın sürür. Qara “ML 32”si var.
8. Namiq Yusifov (”Qarabağ”ın üzvü): Zaur Ramazanov 1 il öncə “Porşe” sürürdü. Onunla qəzaya düşdü və maşınını satmaq qərarına gəldi. Onu kim alsa yaxşıdır? Komanda yoldaşı Namiq Yusifov. Namiq hələ də Zaurdan aldığı “Porşe”dən istifadə edir.
9. Aslan Kərimov (Azərbaycan yığmasının keçmiş üzvü, “Qarabağ”ın kapitanı): Ölkənin ən hörmətli futbolçularındandır. Oynadığı yerə sadiqlik nümayiş etdirib və bunun qarşılığını görməkdədir. “Köhnə dünya”nın adamı olsa da, yeni model avtomobildə gəzir. 37 yaşlı kapitanın bahalı “Tuareg”i var.
10. Kamal Quliyev (Azərbaycan yığmasının sabiq üzvü, “Standard”ın yarımmüdafiəçisi): Kamal uğurlu legioner həyatı quran futbolçularımızdandır. Ölkə daxilində də iddialı klublarda oynayıb. Son vaxtlar işləri yaxşı getmir. Amma maşın baxımından müasir dövrlə ayaqlaşır - “Range Rover” sürür.
11. Aqil Məmmədov (Azərbaycan yığmasının sabiq oyunçusu, “Standard”ın üzvü): Həmşəhərlisi Kamal Quliyevlə bu sahədə də həmrəylik nümayiş etdirir. O, da “Range Rover”dən istifadə edir.
12. Hüseyn Məhəmmədov (Azərbaycan yığmasının sabiq üzvü, “Bakılı”nın qapıçısı): 8 qat Azərbaycan çempionu sürətli maşınları xoşlayır. Qara “Range Rover”i var.
13. Aqil Nəbiyev (Azərbaycan yığmasının üzvü, “Olimpik-Şüvəlan”ın kapitanı): Aqil hündür maşında gəzir. Ötən ilin sonlarında 42 min dollara “Prado” alıb. Tovuzda da maşını var.
14. Nazim Süleymanov (Azərbaycan yığmasının keçmiş üzvü, “Olimpik-Şüvəlan”ın baş məşqçisi): Azərbaycan futbolunun canlı əfsanəsinin deyəsən, əli aşağıdır. O, Bakının hər tinində rast gəldiyimizi “E klass” sürür.
15. Tərlan Xəlilov (”Olimpik-Şüvəlan”ın üzvü): Yuxarıda adlarını çəkdiyimiz futbolçulardan fərqlənir. İkiqapılı maşından, “Hunday Kupe”dən yararlanır.
16. Elşən Poladov (Azərbaycan yığmasının sabiq üzvü, “Olimpik-Şüvəlan”ın qapıçısı): Karyerasının bəlkə də ən yaxşı dönəmini indi keçirir. Onun “Prado”su var.
17. Sahil Kərimov (”Qarabağ”ın üzvü): Maşınını təzə satıb. Komanda yoldaşı Aftandil Hacıyev kimi yeni avtomobil axtarışındadır.
18. Füzuli Məmmədov (Azərbaycan yığmasının sabiq üzvü, “Karvan”ın oyunçusu): “Xəzər-Lənkəran”ın məşhur 6 nömrəsinin karyerasında eniş müşahidə olunur. Buna rəğmən, qazancı azalmayıb. Bu yaxınlarda yeni “BMW 5” alıb.
19. Rəşad Sadıqov (Azərbaycan yığmasının kapitanı, “Qarabağ”ın üzvü): Rəşad həmişə öndə gedib. ölkənin ən məşhur futbolçularından olub. O, BMW-yə sadiqdir. İndi də “BMW 5”də gəzir.
20. Alim Qurbanov (Azərbaycan yığmasının keçmiş üzvü, “Xəzər Lənkəran”ın oyunçusu): Alim Qurbanov bir vaxtlar yaxın dostu Emin Quliyevin maşınını sürürdü. İndi özünə məxsus avtomobili var. Alim nə BMW-də, nə “Mercedes”də nə də “Range Rover”də fırlanır. Qurbanov “Mitsibushi”yə üstünlük verir.
21. Novruz Əzimov (”Olimpik-Şüvəlan”ın məşqçisi): SSRİ dönəmində “Neftçi”də oynamış Əzimovun maddi vəziyyəti elə də yaxşı deyil. Uzun müddətdir ki, “31 10”da gəzir. Maşının nömrəsinin özündən baha olduğunu desək, yanılmarıq.
22. Vüqar Nadirov (Azərbaycan yığmasının və “Qarabağ”ın üzvü): 22 yaşı olsa da, ölkənin varlı klublarının formasını geyinib. Hazırda Bakıda nadir hallarda rast gəlinən “Hammer”i var. Görünür, Nadirovun dağa səyahətlə arası yaxşıdır.
23. Cahangir Həsənzadə: (Azərbaycan yığmasının sabiq üzvü, “Olimpik-Şüvəlan”ın qapıçısı): Cahangir son 3 ildə sabit çıxış etmir. “İnter”də olduğu kimi, “Olimpik-Şüvəlan”da da ehtiyatda oturur. Maşını isə sayılıb-seçilən firmanı təmsil edir. BMW-sinin qiyməti 20 min dollardan aşağı deyil.
24. Rəşad Abdullayev: (Azərbaycan yığmasının keçmiş üzvü, “Neftçi”nin hazırkı üzvü): Onu “Xəzər Lənkəran”da yağ içində böyrək kimi bəsləyirdilər. Lakin ailə vəziyyətinə görə, “Neftçi”yə keçdi. Hazırda təzə BMW-də gəzir.
25. Ruslan Abışov (”Neftçi”nin və Azərbaycan yığmasının üzvü): Abışovun BMW-si var. Təxminən ilyarımdır bu maşına güvənir.
Digər futbolçuların sürdükləri:
26. Nadir Nəbiyev (Azərbaycan yığmasının sabiq üzvü, “Turan”ın kapitanı): “S klass”
27. Maksim Medvedev: (Azərbaycan yığmasının və “Qarabağ”ın üzvü): “Range Rover”
28. Fərhad Vəliyev (Azərbaycan yığmasının və “Qarabağ”ın üzvü): “X5”
29. Qurban Qurbanov (Azərbaycan yığmasının keçmiş üzvü, “Qarabağ”ın baş məşqçisi): BMW
30. Əfran İsmayılov (”Qarabağ”ın üzvü): “E klass”
31. Samir Əliyev (Azərbaycan yığmasının keçmiş üzvü, “Neftçi”nin hücumçusu): BMW
32. Rauf Əliyev (”Qarabağ”ın üzvü): “E klass”
33. Elvin Məmmədov (Azərbaycan yığmasının və “Qarabağ”ın üzvü): “E klass”
34. Zaur Həşimov (Azərbaycan yığmasının keçmiş üzvü, “Qarabağ”ın müdafiəçisi): “X5”
35. İsmayıl Məmmədov (Azərbaycan yığmasının keçmiş üzvü, “Karvan”ın yarımmüdafiəçisi): “Mercedes”
36. Rəşad Kərimov (”Qarabağ”ın üzvü): BMW
Ən bahalı maşın Raildədir
Futbolçular maşınları ilə yanaşı, maşının nömrəsinin də xüsusi olmasına çalışırlar. Bir oyunçu futbolkasının nömrəsi ilə maşının nömrəsinin uzlaşmasını istəyir. Və əksər hallarda buna nail olur. Bizdə olan məlumata görə, futbolçular arasında ən bahalı maşına Azərbaycan yığmasının və “Neftçi”nin əsas üzvlərindən biri Rail Məlikov sahibdir. Onun idarə etdiyi “Mercedes CLS 55 AMG”nin qiyməti 170 min dollardan çoxdur. Amma bu maşının təzəsi Rail Məlikova 100 min dollara başa gəlib.
Foqts nədə gəzir?
Öz ölkəsində çox cüzi maaşa oynayanlar Azərbaycana gəldikdən sonra maşınlı olurlar. Məsələn, Usim Nduka, Xalidu Sissoko, Aleksey Savinov Azərbaycana gələndən sonra avtomobil alıblar. Millimizin baş məşqçisi Berti Foqts isə almayıb, ona xidməti maşın veriblər. Foqts AFFA-nın ayırdığı “Prado”da gəzir.
Mənbə: “Çempion Azərbaycan” qəzeti

0
0