“Standard” rəhbərliyi Rəcəb Fərəczadəni niyə sıxışdırır?
03.02.2010 - 14:18
“Standard”dan kənarlaşdırılmağım barədə xəbəri Budapeştdə olanda eşitdim və şoka düşdüm. Çünki Avropa çempionatına gedərkən, baş məşqçi Böyükağa Hacıyevdən icazə almışdım. Ancaq indi baş məşqçi və “Standard” rəsmiləri yarışa guya icazəsiz getdiyimi söyləyirlər”. Bunu apasport.az saytına açıqlamasında “Standard” klubunun, eyni zamanda Azərbaycan futzal yığmasının üzvü Rəcəb Fərəczadə deyib.
O bildirib ki, 19-30 yanvar aralığında Macarıstanda keçirilmiş futzal üzrə Avropa çempionatında iştirakı tam qanunauyğun olub. Lakin nədənsə, “Standard” rəhbərliyi 29 yaşlı futbolçunun maaşını vermir: “Mən son 3 ayda əməkhaqqı almamışam. “Standard”da maliyyə problemi yoxdur, axı başqa oyunçulara maaş verildiyini eşitmişəm. Təkcə mənim maaşım verilmir. Ötən il də eyni halla üzləşmişdim. Yığmanın heyətində Avropa çempionatının seçmə mərhələsində iştirak etdikdən sonra 2 ay maaşımı verməmişdilər. 2008-ci ildə isə məni milli komandaya buraxmaq istəmirdilər. Uzun çək-çevirdən sonra birtəhər yığmaya gedə bildim və Çexiyada keçirilən dünya çempionatının seçmə oyununda Ermənistanın qapısına iki qol vurdum”.
Fərəczadə “Standard”dakı aqibətinə bu gün axşam saatlarında aydınlıq gələcəyini vurğulayıb: “Bu gün “Xəzər-Lənkəran”la oyundan sonra “Standard”ın rəsmiləri və baş məşqçi ilə danışıb, məsələyə aydınlıq gətirəcəyəm. Əgər rəhbərlik “Standard”da oynamağıma imkan versə, təzminat kimi, maya qədər olan maaşımı tələb edəcəyəm”.

0
0