Baş məşqçi oyun satdığı ehtimal olunan futbolçunun müdafiəsinə qalxdı
03.02.2010 - 14:53
“Olimpik-Şüvəlan” klubunun futbolçusu Sergey Laşenkovun “Karpatı”da çıxış etdiyi vaxt oyun satması ilə bağlı ehtimallar Ukrayna mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, 2007/08 mövsümündə “Metallist”ə oyun satdığı iddia olunan Lvov təmsilçisinin bilərəkdən 0:4 hesabı ilə uduzduğuna Ukraynanın aparıcı mütəxəssisləri də münasibət bildirib.
Yığmanın yeni təyin olunan baş məşqçisi Miron Markeviç “Karpatı”dan hər şey gözləmək mümkün olduğunu düşünür. Lvov klubunun sahibi və prezidenti Pyotr Dıminski ilə şəxsi problemləri olan mütəxəssis Sergeyin müdafiəsinə qalxaraq, video görüntüləri kinoya bənzədib: “Belə məsələlərə cavabdeh olan qurumlar var. Qoy məsələni onlar araşdırsın. Lakin bu məsələdə “Karpatı” klubunun adının hallanmasına təəccüblənmirəm. Əgər onlar hara isə müraciət ediblərsə, deməli bu işdə olan bütün oyunçuları cəzalandırmaq lazımdır. Onların futbol oynamasına qadağa qoymaq lazımdır. Video görüntü var? Varsa, göstərsinlər. Bəlkə bu da şayiədir? Müasir texnologiyalarla mən də çox kino çəkə bilərəm”.
Qeyd edək ki, Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkis qurumun İcraiyyə Komitəsinin iclasında əllərində bir futbolçunun oyun satmaq haqda etirafları olan video kadrlar olduğunu iddia etmişdi. Məsələnin izinə düşən ukraynalı həmkarlarımız bu matçın “Metallist” – “Karpatı” qarşılaşması olduğunu, lentdəki oyunçunun Sergey Laşenkov olması ilə bağlı qənaətə gəlib.

0
0