“Tvente” yerində saydı, “Qarabağ” isə aşağı yuvarlandı
03.02.2010 - 15:54
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı kublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son bir ilin nəticələrinə əsasən hesablanan cədvələ bir ay əvvəl olduğu kimi yenə “Barselona” başçılıq edir.
Hesabında 319 xal olan İspaniya təmsilçisi ən yaxın izləyiciləri olan İngiltərə klublarının onlara çatmasına imkan verməyib. Belə ki, “Çelsi” 296, “Mançester Yunayted” isə 289 xalla ilk “üçlük”də qalıb. Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovum şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubu 201,5 xalla 18-ci sıradakı yerini qoruyub. 21 yaşlı hücumçunun sabiq komandası “Qarabağ” isə 7 pillə geriləyib. Ağdamlılar 79,5 xalla 227-ci pillədən 234-cü yerə enib.

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0