Fatih Təkkə “Rubin”ə keçdi
03.02.2010 - 16:10
Futbol üzrə ikiqat Rusiya çempionu “Rubin” “Zenit” klubunun və Türkiyə yığmasının futbolçusu Fatih Təkkə ilə müqavilə bağlayıb. Lent.az-ın Kazan klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 33 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb.
Anlaşma avqustdan qüvvəyə minəcək. Həmin vaxt Təkkənin “Zenit”lə müqaviləsi başa çatacaq.
Qeyd edək ki, Fatih Təkkə Gökdəniz Karadəniz və Həsən Kabzedən sonra “Rubin”in 3-cü türkiyəli futbolçusu olacaq. Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev isə artıq Kazan komandasının əvəzedici heyətinə baxışa çağırılıb.

- MLS klubundan ulduz həmləsi - Levandovskidən sonra Qoretska
- Taremidən DÇ narazılığı: "Birlik və mehribanlıq hiss etmirəm"
- Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
- Əfsanələr matçı: “Real” “İnter”i məğlub etdi - Emre də meydana çıxdı
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
0
0