Yunis Hüseynov rəqiblərinə meydan oxudu
03.02.2010 - 16:37
“Mən hələ əvvəl demişdim ki, fasilədən sonra daha güclü “Karvan” görəcəksiniz. Bu sözüm əməldə sübut olundu. Artıq işimin bəhrəsi görünür”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Altı illik tarixində ən zəif mövsümünü keçirən “Karvan” Unibank Premyer Liqasında qış fasiləsinə turnir cədvəlində son pillədə yollandı. İkinci mərhələyə uğurla başlayan “Karvan” “altılıq” uğrunda mübarizə aparan “Simurq”u evdə yenə bildi – 3:2. Hüseynov 3 xalı çətinliklə qazandıqlarını bildirib: “Simurq” elə-belə komanda deyil, güclü rəqibdir. Bu mənada qalib gəlmək bizim üçün çətin oldu. Komandamız getdikcə səviyyəsini artıracaq. Bundan sonra daha yaxşı “Karvan” görəcəksiniz”.

0
0