“Karvan” “bir güllə ilə iki dovşan vurdu”
03.02.2010 - 17:08
Yevlaxın “Karvan” klubunun 144 günlük qələbə həsrəti bitdi. Apasport.az saytının hesablamalarına görə, Yunis Hüseynovun çalışdırdığı komanda qələbəsizlik sindromuna bu gün Unibank Premyer Liqasının XVIII turunda Zaqatalanın “Simurq” klubu ilə oyunda son qoydu – 3:2. Buna qədər hesabında cəmi bir qələbə olan “Karvan” onu da evdə qazanmışdı. Bu, ötən ilin sentyabrın 12-də “Qəbələ”ni böyük hesabla yendikləri (4:1) görüşdə olmuşdu. Həmin vaxt IV tur idi və Hüseynovun komandası ölkə kubokunu da nəzərə alsaq, 15 ardıcıl oyun qalib gələ bilmirdi.
“Karvan” “Simurq”la oyunlarda da qələbəsizlik seriyasına son qoydu. Belə ki, yevlaxlılar bu komanda ilə son 4 görüşdə qalib gələ bilmirdi. “Karvan” Zaqatala təmsilçisini sonuncu dəfə 2007-ci ildə səfərdə Roman Axalkatsinin yeganə qolla yenmişdi. Maraqlıdır ki, gürcü hücumçu cari mövsümdən “Simurq”da oynayır. Göründüyü kimi, “Karvan” iki uğursuz seriyasına son qoymaqla, necə deyərlər, “bir güllə ilə iki dovşan vurdu”.

0
0