Azərbaycan yığması İsveçrə klubu ilə qarşılaşacaq
03.02.2010 - 17:32
Azərbaycan yığması İsveçrə klubu ilə qarşılaşacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibi müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bernard Lippertin yetirmələri sabah yoxlama oyunu keçirəcək. Millimiz qüvvəsini İsveçrənin “Sent Marqrethen” klubu ilə oyunda sınayacaq. Yoldaşlıq görüşü Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, isveçrəlilərlə qarşılaşma U-19-un Türkiyə toplanışında ilk oyunu olacaq.