Qurban Qurbanov: “Neftçi” ilə oyunu unutmaq lazımdır
03.02.2010 - 17:39
“Fasilədən sonra ilk oyun həmişə çətin olur. Bunu “Neftçi” ilə bugünkü görüş də göstərdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Unibank Premyer Liqasında yaranan 38 günlük qış fasiləsindən sonra ilk oyunda əzəli rəqibi “Neftçi”nin qonağı olan “Qarabağ” qolsuz heç-heçə ilə kifayətləndi. Ancaq ağdamlıların ilk dövrədə evdə “ağ-qaralar”ı yendiyini, yəni şəxsi oyunlarda üstünlük qazandığını nəzərə alsaq, bu 1 xalı aktivinə yazmaq olar. Qurbanov bir vaxtlar çalışdırdığı, gümüş medal qazandırdığı komanda ilə görüşü unutmağı məsləhət bilir: “Neftçi” ilk 10 dəqiqədə daha yaxşı oynadı. Ancaq sonradan oyunu bərabərləşdirə bildik. Bu oyun artıq geridə qaldı. “Neftçi” ilə görüşü unudub, qarşıdakı oyunlara baxmaq lazımdır”.
“Qarabağ” qış fasiləsində son yoxlama oyununda autsayder “Standard”a böyük hesabla yenildi. Ancaq Qurbanov həmin 0:4 hesablı məğlubiyyəti “Neftçi” ilə oyun öncəsi taktiki gediş saymır: “Deməzdim ki, “Standard”la görüşün nəticəsinin bu gün futbolçulara mənfi təsiri oldu. Həmin oyun “Neftçi” ilə görüş öncəsi bir taktiki gediş deyildi. Biz həmin oyuna yoxlama matçı kimi yox, ciddi yanaşmışdıq. Sadəcə, futbolçularda ağır yükləmələrdən sonra yorğunluq yaranmışdı”.

0
0