Vaqif Sadıqov: Mən Qurban Qurbanovun fikirləri ilə razı deyiləm
03.02.2010 - 18:00
“Yoxlama oyunları ilə rəsmi görüşlər bir-birindən fərqlənir. Bu mənada həmkarım Qurban Qurbanovun fasilədən sonra ilk oyunun çətin keçməsi ilə bağlı fikri ilə razıyam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
“Qarabağ”la oyun öncəsi heyətdə zədə problemləri olan “ağ-qaralar” “altılığ”a düşmək uğrunda mübarizədə vacib 2 xal itirdi. Sadıqov futbolçuların qol imkanlarından istifadə etməsinin vacibliyini bildirib: “Gərgin oyun alındı və nəticə oyuna görə idi. Yaxşı qol imkanlarımız oldu. Ancaq görünür, hələ nəsə çatışmır və bu, futbolçuların səviyyəsi ilə bağlıdır. Bunun üzərində çalışıb, növbəti oyunlarda çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Qurbanovun yoxlama oyununda “Standard”a 0:4 hesablı məğlubiyyətlə bağlı fikri ilə razı deyiləm. Məncə, bu, “Neftçi” ilə oyun öncəsi bir taktiki gediş idi”.

0
0