Unibank Premyer Liqası diqqət mərkəzində: Bütün oyunlar təxirə salınır
05.02.2010 - 11:35
Unibank Premyer Liqası diqqət mərkəzində: Bütün oyunlar təxirə salınır
Unibank Premyer Liqasının XIX turu indidən diqqət mərkəzinə düşməyə başlayıb. Apasport.az saytının məlumatına görə, ölkədə tüğyan edən qarlı-çovğunlu hava şəraiti klubların işini xeyli çətinləşdirib. Premyer Liqa iştirakçıları xal ehtiyatını çətin hava şəraitində artırmalı olacaq. Özü də təqvimə görə turun oyunlarının eyni gündə keçirilməsi nəzərdə tutulub və təxirə salma olsa belə, bu, bütün görüşlərə şamil olunmalıdır.

Hava nə qədər soyuq-şaxtalı olsa da, hər halda, XIX turda bır sıra maraqlı oyunlar var. Sözsüz ki, turun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Ev oyunlarını bu arenada keçirən “Bakı” və “Neftçi”nin iştirakı ilə növbəti Bakı derbisi baş tutacaq. Çətin oyunlar qrafiki başlayan “ağ-qaralar” ötən tur elə Respublika stadionunda “Qarabağ”la qarşılaşmada vacib 2 xal itirdi.

“Xəzər-Lənkəran”ı Zaqatalada çətin sınaq gözləyir. Ötən tur autsayder “Karvan”a uduzduqdan sonra “altılıq”da yerini itirən “Simurq” mütləq bunun, həm də ilk dövrədə Lənkərandakı böyük hesablı məğlubiyyətin əvəzini çıxmalıdır. Növbəti xal itkisi Roman Pokoranın çalışdırdığı komandanın “altılığ”a düşmək şansını bir qədər də azaldacaq. Özü də nəzərə alaq ki, “Simurq”u qabaqlayan “Qəbələ”ni bu tur asan sınaq gözləyir. Hər halda, Ramiz Məmmədovun komandasının evdə “Turan”la oyunda 3 xal qazanacağı daha inandırıcı görünür.

Ötən tur səfərdə “Xəzər-Lənkəran”dan xal alan “Standard” bu dəfə evdə lider “İnter”in qarşısında imtahan verəcək. “Standard”la xalları eyni olan, şəxsi göstəricilərə görə son pillədə qalan “Karvan”ın yenə sürpriz edə biləcəyi maraq doğurur. Hər halda, qış fasiləsində güclənən “Karvan” gözlənilmədən “Simurq”u yenməklə onunla hesablaşmalı olduqlarını göstərdi. Bu mənada “Qarabağ”a 2010-cu ildə Ağdamda ilk oyunda heç də asan sınaq gözləmir. Ağdamlıların ilk dövrədə “Karvan”la səfər oyununda xal itirdiyini də nəzərə almaq lazımdır.

7 fevral

14:00. "Standard" - "İnter"

Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Ramiz Əsədov, Alik Yunusov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun – 2:4

14:00. "Muğan" - "Olimpik-Şüvəlan"
Hakimlər: Azad Mütəllimov, Azər Məmmədov, Elşən Acalov, Elnur Muradov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:0

14:00. "Qəbələ" - "Turan"
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, İsgəndər Əliyev, Zöhrab Əliyev
Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası
İlk dövrədəki oyun – 1:0

14:15. "Qarabağ" - "Karvan"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Elşən Durmuşov, Hacıəli Ağayev
Ağdam. Quzanlı qəsəbə stadionu
İlk dövrədəki oyun – 1:1

15:00. "Neftçi" - "Bakı"
Hakimlər: Vüsal Əliyev, Azad Q.Hüseynov, Orxan Məmmədov, Fariz Yusifov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 2:0

18:00. "Simurq" - "Xəzər-Lənkəran"
Hakimlər: Əfqan Həmzəyev, Eldar Nağıbəyov, Roman Vasilyev, Ceyhun Haşımov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:3

komandalar

O

Q

H

M

T

X

1

"İnter"

18

12

3

3

31-16

39

2

"Qarabağ"

18

10

6

2

16-8

36

3

"Xəzər-Lənkəran"

18

10

6

2

24-10

36

4

"Bakı"

18

9

4

5

18-15

31

5

"Neftçi"

18

8

6

4

18-12

30

6

"Qəbələ"

18

8

5

5

21-18

29

7

"Simurq"

18

7

7

4

20-16

28

8

"Olimpik-Şüvəlan"

18

4

6

8

16-20

18

9

"Muğan"

18

3

5

10

12-25

14

10

"Turan"

18

3

4

11

20-28

13

11

"Standard"

18

2

4

12

14-28

10

12

“Karvan”

18

2

4

12

14-28

10


Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Girts Karlsons (“İnter”), Adrian Neaqa ("Neftçi") - 7