Joze Maurinyo jurnalisti söydüyünə görə cəzalandırıldı
05.02.2010 - 11:42
Joze Maurinyo jurnalisti söydüyünə görə cəzalandırıldı
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyo cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı dilinin bəlasına düşüb. O, dekabrın 13-də A seriyasında “Atalanta” ilə qarşılaşmanın ardından Andrea Ramazotti adlı jurnalisti təhqir edib.

Məsələ ilə bağlı araşdırma aparan İtaliya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi Maurinyonu 13 min avro cərimələyib. Eyni zamanda, onun çalışdığı “İnter” klubu da cərimə ödəməli olacaq. Milan təmsilçisi “öz məşqçisinin davranışlarına məsuliyyət daşığına görə” ittiham olunaraq, federasiyasının büdcəsinə 20 min avro köçürəcək.