İlk dünya çempionatının yadigarı 100 yaşını qeyd edir
05.02.2010 - 11:50
İlk dünya çempionatının yadigarı 100 yaşını qeyd edir
1930-cu ildə keçirilən ilk dünya çempionatının hələ də yaşayan yeganə iştirakçısı bu gün 100 yaşını qeyd edir. Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının sabiq futbolçusu Fransisko Varalyo Uruqvayda təşkil olunan mundialın yeganə yadigarıdır.

80 il əvvəl keçirilən yarışın ən gənc iştirakçısı olan Varalyo həmin turnirə 20 yaşında yollanmışdı. O, finalda meydan sahiblərinə 2:4 hesabı ilə uduzan komandasının heyətində DÇ-nın gümüş mükafatını qazanıb. Karyerasının ən yaxşı dövrünü “Boka Xuniors”da keçirən əfsanəvi hücumçu bu komandada 194 qol vurub.