Berti Foqts Almaniyada nəyə şahid oldu?
05.02.2010 - 12:03
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Oliver Pelzerin yetirmələri təlim-məşq toplanışında olduqları Almaniyanın Duysburq şəhərinin eyni adlı təmsilçisinin ilə görüşüb. Alman həmyaşıdları ilə qarşılaşmada yığmamız böyük hesablı qələbə qazanıb – 3:0. Komandamızın qollarını Adil Nəbiyev, Mənsur Nəhavəndi və Qurbanəli Əliyev vurublar. U-15-in zəfərinə oyunu izləyənlər arasında olan AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da şahid olub.
Qeyd edək ki, millimiz yanvarın 4-dən Almaniya toplanışındadır.
Qeyd edək ki, millimiz yanvarın 4-dən Almaniya toplanışındadır.
0
0