“İnter” və “Xəzər-Lənkəran” qələbə qazansa...
05.02.2010 - 12:25
Unibank Premyer Liqasının XIX turu 4 klub üçün böyük əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, qarşıdakı turda “İnter”, “Xəzər-Lənkəran”, “Qarabağ” və “Olimpik-Şüvəlan”ın taleyinə aydınlıq gələcək.
İlk iki komanda qalib gələcəyi halda, “altılığ”a düşməsini sona 3 tur qalmış rəsmiləşdirəcək. Bunun üçün “İnter” səfərdə “Standard”ı yenməlidir. Liderlə autsayder arasında qüvvələr nisbətində aşkar fərqi nəzərə alsaq, “bankirlər”in işi cənub təmsilçisindən asandır. Hər halda, “Xəzər-Lənkəran” adətən evdə yaxşı oynayan “Simurq”un qonağı olacaq. 7-ci pilləyə düşən Zaqatala təmsilçisinin turnir cədvəlində mövqeyini, yalnız qələbəyə kökləndiyini nəzərə alsaq, lənkəranlılara 3 xalı qazanmaq heç də asan olmayacaq. İstənilən halda, hər şey “İnter”lə “Xəzər-Lənkəran”ın öz əlindədir.
“Qarabağ” evdə “Karvan” üzərində qələbə qazansa belə, Zaqataladan xoş xəbər gözləməlidir. Çünki ağdamlıların “altılığ”a düşməsinin rəsmiləşməsi üçün “Simurq” evdə mütləq xal itirməlidir. “Olimpik-Şüvəlan”ın isə “altılıq”dan kənardan qalması bu turda rəsmiləşməlidir. Əslində, “təyyarəçilər”in mübarizəni başa vurması hələ ötən tur evdə “Qəbələ”yə uduzandan sonra bəlli olsa da, məsələnin rəsmiləşməsi lazımdır. “Olimpik-Şüvəlan”ın ölkə kubokunda mübarizədən kənarlaşdırdığı qəbələlilərdən asılı vəziyyətə düşüb. Belə ki, “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov vaxtilə çıxış etdiyi “Turan”ı evdə məğlub edərsə, onda qapılar “təyyarəçilər”in üzünə birdəfəlik bağlanacaq. Yəni bu zaman “Olimpik-Şüvəlan”ın “Muğan”la səfər oyununun nəticəsi heç bir əhəmiyyət kəsb etməyəcək.

0
0