AFFA milli komandanın futbolçusunu cəzalandırdı
05.02.2010 - 13:05
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri son turun qarşılaşmalarında qeydə alınan xoşagəlməz hadisələrlə bağlı qərarlar çıxarıb.
Ümumilikdə 6 klubu cəzalandıran qurum onlara 7500 manatlıq cəza kəsib. “İnter”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Muğan”, “Xəzər-Lənkəran”la matçda 5 oyunçusu xəbərdarlıqla cəzalanan “Standard”, həmçinin “Neftçi” ilə görüşdə 4 sarı vərəqə ilə cəzalanan “Qarabağ” hərəyə 1000 manat cərimə olunub.
Ağdamlıların rəqibi də cəzasız qalmayıb. Matçın 82-ci dəqiqəsində rəqibini bilərəkdən vurduğu üçün meydandan qovulan Cavid Hüseynov 2 oyunluq cəzalanmaqla yanaşı, klubunu 2000 manat xərcə salıb.
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “Neftçi” – “Qarabağ” və “Bakı” – “Turan” oyunlarında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı meydan sahiblərinin hərəsi 500 manat cərimə olunub. “Karvan” – “Simurq” oyununun 78-ci dəqiqəsində rəqibinə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alan Əli Əlili də meydan sahiblərini ziyana salıb. O, 2 oyunluq kənarlaşdırılmaqla yanaşı klubunu 1000 manat xərcə düşməsinə səbəb olub. Bundan başqa qarşılaşmanın video yazısını təmin etmədiyinə görə yevlaxlılar daha 500 manat ödəməli olacaq.

0
0