Qar Azərbaycan futbolunu da iflic vəziyyətə saldı
05.02.2010 - 16:59
Qar Azərbaycan futbolunu da iflic vəziyyətə saldı
Unibank Premyer Liqasında fevralın 7-də keçirilməli olan XIX turu təxirə salınıb. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin müdiri Məlik Həsənov məlumat verib. Qarşıdakı tur hava şəraitinin kəskin pisləşməsi, güclü qarın yağması və nəticədə turun oyunları keçiriləcək stadionlarda meydançaların pis vəziyyətə düşməsi ilə bağlı başqa vaxt keçiriləcək. Həsənov bildirib ki, XIX turun matçları fevralın 9-da gerçəkləşəcək. PFL rəsmisi bununla əlaqədar təqvimdə digər turlarda da dəyişiklik olduğunu söyləyib.

“XX turun oyunları fevralın 11-12-də yox, fevralın 13-də olacaq. XXI turun vaxtı ayın 16-dan 17-ə keçirilib. XXII tur isə əvvəlki kimi, fevralın 20-21-də baş tutacaq” - deyə Həsənov vurğulayıb.

Qeyd edək ki, fevralın 21-də Premyer Liqada ilkin mərhələ başa çatacaq və yığmamızın yoldaşlıq görüşlərindən sonra, martın 12-də pley-off mərhələsi start götürəcək.