Dəhşətli qəza: “Neftçi”nin 2 işçisi öldü, 2-si isə yaralandı
14.02.2010 - 01:52
Dəhşətli qəza: “Neftçi”nin 2 işçisi öldü, 2-si isə yaralandı
Bakının “Neftçi” futbol klubunda bədbəxt hadisə üz verib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XX turu çərçivəsində Yevlaxda “Karvan”la oyundan qayıdan komandanın avtobusu qəzaya uğrayıb. Ağsu aşırımında baş verən hadisə nəticəsində paytaxt təmsilçisinin 2 işçisinin dünyasını dəyişdiyi, digər 2 nəfərin isə ciddi xəsarət aldığı bildirilir.

Məlumata görə, həyatını itirən işçilərdən biri “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində çalışırmış. Digər vəfat etmiş şəxs isə klubun mühasibi olub. Yaralıların sürücü və operator olduğu deyilir.

------

Əldə etdiyimiz xəbərə görə, qəzaya komandanın avtobusu yox, “Neftçi” klubunun 4 üzvünün əyləşdiyi avtomobil Şamaxı-Bakı magistralında qəzaya düşüb. Nəticədə iki nəfər dünyasını dəyişib, digər iki nəfər isə ağır yaralanıb. Vəfat edənlər və yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıblar.

Allah rəhmət etsin