“İnter”lə “Neftçi” qələbə qazandı, “Xəzər-Lənkəran” 2 xal itirdi
13.02.2010 - 19:50
“İnter”lə “Neftçi” qələbə qazandı, “Xəzər-Lənkəran” 2 xal itirdi
Bu gün Unibank Premyer Liqasının XX turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşmasında qalib müəyyənləşməyib. Lənkəranda baş tutan prinsipial görüşdə “Xəzər-Lənkəran” “Qarabağ”la qolsuz heç-heçə oynayıb.

“Neftçi” çətin Yevlax səfərindən 3 xalla qayıdıb. Bakılılar qələbəni rumın futbolçu Adrian Neaqanın penaltidən vurduğu qolla qazanıblar.

“Altılıq”da qalmaq uğrunda “Bakı” – “Qəbələ” matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib. Paytaxtın eyniadlı komandası braziliyalı legionerləri Jaba və Adrianonun qolları ilə hesabına 3 xal yazdırıb.

İkinci “altılıq”da 4 komandanın iştirakı ilə baş tutan oyunlar da “qızıl xal” baxımından əhəmiyyət kəsb edib. “Olimpik-Şüvəlan” “Standard”ı, “Turan” isə “Muğan”ı üstələyərək, Premyer Liqada qalmaq üçün xal hesabını artırıblar.

13 fevral

"Olimpik-Şüvəlan" - "Standard" - 2:0

Qollar: İsmael Fransisko, 25; 61
Hakimlər: Elnur Muradov, Aydın Ələkbərov, Mübariz Haşımov, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu.
İlk dövrədəki oyun – 1:0

"Bakı" - "Qəbələ" - 2:0
Qol: Gürşat Duymuş, 35; Adriano, 90+3
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Zöhrab Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk dövrədəki oyun – 2:0

"Karvan" - "Neftçi" - 0:1
Qol: Adrian Neaqa, 21 (pen.)
Hakimlər: Əfqan Həmzəyev, Azər Məmmədov, Roman Vasilyev, Ramil Diniyev
Yevlax. Şəhər stadionu.
İlk dövrədəki oyun – 0:1

"Turan" - "Muğan" - 1:0
Qol: Valeriu Onila, 24
Oyunun 49-cu dəqiqəsində "Muğan" say üstünlüyü qazanıb. "Turan"ın qapıçısı Kamal Bayramov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Hakimlər: Elçin Məmmədov, Habil Əliyev, Elşən Durmuşov, Ceyhun Haşımov
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 3:2

"Xəzər-Lənkəran" - "Qarabağ" - 0:0
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Orxan Məmmədov, Rəhim Həsənov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 0:1

“İnter" - "Simurq" - 2:1
Qollar: Robertas Poşkus, 25; Georgi Novalovski, 45 - Ruslan Qunçak, 54 (p.)
Hakimlər: Hacıəli Ağayev, Munis Abdullayev, Vaqif Ayvazov, Rövşən Əhmədov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 1:1

komandalar

O

Q

H

M

T

X

1

"İnter"

20

14

3

3

34-17

45

2

"Qarabağ"

20

11

7

2

19-10

40

3

"Xəzər-Lənkəran"

20

11

7

2

26-11

40

4

"Bakı"

20

10

5

5

21-16

35

5

"Neftçi"

20

9

7

4

20-13

34

6

"Qəbələ"

20

9

5

6

22-20

31

7

"Simurq"

20

7

7

6

22-20

28

8

"Olimpik-Şüvəlan"

20

6

6

8

19-20

24

9

"Turan"

20

4

4

12

21-29

16

10

"Muğan"

20

3

5

12

12-27

14

11

"Standard"

20

2

4

14

14-31

10

12

“Karvan”

20

2

4

14

16-32

10


Bombardir: Adrian Neaqa ("Neftçi") - 9.