Bülənt Korkmazdan “Qəbələ”yə təsəlli
13.02.2010 - 17:16
“Komandamı qələbə münasibəti ilə təbrik edirəm, futbolçularım yaxşı oyun göstərdi”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaza məxsusdur.
Ölkə çempionatının XX turunda “Qəbələ” üzərində 2:0 hesablı qələbədən sonra paytaxt təmsilçisinin türk çalışdırıcısı fikirlərini bildirib. Onun fikrincə, hər iki komanda son dəqiqəyədək mübarizə apardı: “Qəbələ” klubunun futbolçusunun yan xətdən topu cərimə meydançamızadək atması bir sıra epizodlarda bizə çətinliklər yaşatdı. Buna baxmayaraq, ikinci hissənin son dəqiqələrində ikinci qolu vura bildik. "Qəbələ"yə qarşıdakı oyunlarda uğurlar arzu edirəm. Bu oyunla "Qəbələ"nin "ilk altılığa" düşəcəklərinə inanıram”.

0
0