Vaqif Sadıqov: Qış fasiləsindən sonra "Karvan" daha da güclənib
13.02.2010 - 17:58
Vaqif Sadıqov: Qış fasiləsindən sonra "Karvan" daha da güclənib
Unibank Premyer Liqasının XX turunda "Karvan" paytaxtın "Neftçi" klubunu qəbul etdi. Apasport.az saytının xəbərinə görə, ilk dövrədə olduğu kimi, bugünkü qarşılaşmada da rəqibini 1:0 hesabı ilə məğlub edən "Neftçi" turnir cədvəlində mövqeyini möhkəmləndirdi.

Yunis Hüseynov, "Karvan" klubunun baş məşqçisi: "Bugünkü oyuna bir sıra itkilərlə çıxmışdıq. Cəzalı olan Ernani Pereyra və Zaur Ramazanov bu oyunda iştirak etmirdi. Komandamın göstərdiyi mübarizə məni qane etdi. Qarşıdakı oyunlarda daha yaxşı oynamağa çalışacağıq".

Vaqif Sadıqov, "Neftçi" klubunun baş məşqçisi: "Yevlaxda keçirdiyimiz oyunlar bizim üçün həmişə çətin keçib. Qış fasiləsindən sonra "Karvan" daha da güclənib. Hər iki komanda sona qədər mübarizə apardı. Qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm."