Ağasəlim Miracavdov: Hava şəraitinə görə çətin oyun oldu
13.02.2010 - 18:46
“Hava şəraitinə görə çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Ölkə çempionatının XX turu çərçivəsində öz meydanında vacib 2 xal itirən Mircavadov oyunla bağlı fikirlərini bölüşüb. Komandasının oyunundan razı qaldığını vurğulayan təcrübəli çalışdırıcının sözlərinə görə, yalnız qələbə qazanmaq barədə düşünürdülər: “İlk dövrədə keçirilən oyun da bərabər mübarizə şəraitində keçdi, lakin bir qol buraxıb məğlub olmuşduq. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.
Mircavadovun “Qarabağ”dakı gənc həmkarı Qurban Qurbanov isə bildirib ki, oyundan öncə qar yağdığından meydanın vəziyyəti çox ağır idi: “Çox gərgin qarşılaşma oldu. Rəqib meydanında 1 xal qazandıq. Futbolçularımı təbrik edirəm".

0
0