“Xəzər-Lənkəran”la oyuna qara sarğıda
14.02.2010 - 20:05
“Xəzər-Lənkəran”la oyuna qara sarğıda
“Neftçi” klubu fevralın 17-də Premyer Liqanın növbəti turunda “Xəzər-Lənkəran”la oyuna qara sarğıda çıxacaq. Komandanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, futbolçular qara sarğı taxmaqla, “Neftçi”nin yol qəzasında dünyasını dəyişmiş iki əməkdaşının xatirəsini yad edəcəklər. Fevralın 18-də isə klubun bazasında ehsan veriləcək.

“Neftçi” rəhbərliyi qəza nəticəsində həyatını itirmiş İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Alim Məmmədov və Kadrlar Şöbəsinin işçisi Vahid Həmidovun vəfatı ilə əlaqədar hər iki mərhumun ailəsinə başsağlığı verir və onlara Allahdan səbir diləyir.