Futbolçunun arvadı 6-cı dəfə boşanır - FOTO
16.02.2010 - 12:40
Futbolçunun arvadı 6-cı dəfə boşanır - FOTO
Tanınmış müğənni, aktrisa və teleaparıcı Seda Sayan əri Onur Şandan boşanmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, 51 yaşlı xanım bununla bağlı artıq məhkəməyə də müraciət edib. Əgər məhkəmə Seda Sayanın iddiasını təmin etsə, o, özündən 20 yaş kiçik həyat yoldaşından rəsmən ayrılacaq və 6-cı dəfə ərindən boşanmış olacaq.

Maraqlıdır ki, Sedanın əvvəlki 3 əri futbolçu olub. İlk dəfə 1987-ci ildə, 28 yaşında nikah masasına əyləşən Sayan “Sarıyer” klubunun futbolçusu Rıdvan Kılıçı özünə ömür-gün yoldaşı seçmişdi. Lakin onların birliyi cəmi 6 ay sürmüşdü.

1990-cı ildə ikinci dəfə ərə gedən müğənni “Beşiktaş” və “Ankaragücü”nün şərəfini qorumuş Sinan Enginlə ailə həyatı qurub. Bu, Seda Sayanın ən uzunmüddətli evlilik həyatı olub - 5 il.

Daha sonra o, 1998-ci ilin avqustunda Soner Yapcacıkla evlənib. Ancaq cəmi 5 aydan sonra cütlük yenə ayrılıb. 2000-ci ilin aprelində Seda Sayan işadamı Tuncay Kıratlı ilə bir araya gəlir. Yenə də evlilik uzun sürmür və məşhur müğənni 2001-ci ilin yanvarında boşanır.

Seda Sayanın 3-cü futbolçu əri isə Hakan Şükürün qardaşı, “Qalatasaray”ın sabiq futbolçusu Gökhan Şükür olub. Evlilik həyatı 2004-cü ildən 2005-ci ilədək davam edib. İndi də o, iki illik həyat yoldaşı Onur Şandan ayrılır. Seda bir daha evlənsə, Türkiyədə 7 dəfə nikaha girmiş Gönül Yazarın rekordunu təzələyəcək.

Onu da əlavə edək ki, Seda Sayan vaxtilə müğənnilər Mahsun Kırmızıgül və Nihat Doğanla da eşq macərası yaşayıb.