“Neftçi” ilə “Qəbələ”yə “yaxşı yol”, “Simurq”un qanadı qırılır
16.02.2010 - 12:51
Sabah Unibank Premyer Liqasında XXI turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, nəinki turun, ümumiyyətlə, mövsümün əsas görüşlərindən olan “Neftçi” - “Xəzər-Lənkəran” görüşü səbirsizlə gözlənilir. Azarkeşlər artıq 6 ildir bu barışmaz rəqiblərin derbi oyunlarını böyük maraqla izləyirlər.
“Böyük oyun” kimi tanınan görüş rəqiblərin turnir cədvəlindəki yerlərindən asılı olmayaraq, həmişə prinsipial xarakter daşıyıb. İndiki qarşılaşmanın isə turnir mövqeyi baxımından əhəmiyyəti daha böyükdür. “Neftçi”yə “altılığ”a düşməsini rəsmiləşdirmək üçün prinsipial rəqibinə uduzmaması da kifayətdir. Ancaq “qızıl xallar”ı nəzərə alsaq, həm “ağ-qaralar”ın, həm də artıq “altılıq”da olan “Xəzə-Lənkəran”ın yalnız qələbəyə oynayacağı şübhə doğurmur.
İlk dövrədə Lənkərandakı matç heç-heçə bitdiyi üçün qalib gələn tərəf şəxsi oyunlarda üstünlük qazanacaq. “Neftçi”nin hazırkı lider “İnter”lə də oyununun qaldığı nəzərə alsaq və son iki görüşdə 6 xal qazansa, “altılıq”da liderlərdən biri olacaq. İndi dördqat ölkə çempionunun hesabında “qızıl xallar”a görə 10 xal var.
Turun digər maraqlı oyunu Ağdamda - “qızıl xallar”a görə lider “Qarabağ”la turnir cədvəlinin zirvəsində qərarlaşan “İnter” arasında olacaq. Bakılılar ötən mövsüm məhz Quzanlı qəsəbə stadionunda vacib 2 xal itirməklə (1:1), çempionluq yolunda böyük zərbə aldı. Nəticədə “bankirlər” titulunu qoruya bilməyib, gümüş medalla kifayətləndilər. “İnter” ötən mövsüm ölkə kubokunun finalında da “Qarabağ”ı üstələyə bilmədi – 0:1.
Tur təkcə maraqlı oyunlar yox, eyni zamanda “altılığ”a düşən son iki xoşbəxtin adının müəyyənləşməsi baxımından da diqqət mərkəzindədir. Hər halda, “Neftçi” ilə yanaşı, “Qəbələ” də həmin vəzifəni birdəfəlik həll etmək imkanı qazanıb. Bunun üçün Ramiz Məmmədovun komandasına “Muğan”la səfər oyununda qələbə qazanmaq lazımdır. Həmin vaxt “Simurq”un evdə “Olimpik-Şüvəlan” üzərində qələbəsi ilk “altılıq” üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Zaqatalalılar öz meydanında xal itirəcəyi halda, “Neftçi” ilə “Qəbələ”nin avtomatik “altılığ”a düşməsini rəsmiləşdirəcək.
Qeyd edək ki, “Neftçi” – “Xəzər-Lənkəran” matçı “İdman Azərbaycan”, “Qarabağ” – “İnter” oyunu isə Az.TV ilə canlı yayımlanacaq.
17 fevral
14:00. "Neftçi" - "Xəzər-Lənkəran"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Elman Musayev, Əfqan Həmzəyev
İlk dövrədəki oyun – 0:0
14:00. "Simurq" - "Olimpik-Şüvəlan"
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Rasim Məmmədov, Aleksandr Musatkin, Eldar Nağıbəyov, Rövşən Əhmədov
İlk dövrədəki oyun – 3:0
14:00. "Karvan" - "Bakı"
Yevlax. Şəhər stadionu
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, İsgəndər Əliyev, Elçin Məmmədov
İlk dövrədəki oyun – 0:1
14:00. "Standard" - "Turan"
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Hakimlər: Ceyhun Haşımov, Samir Hacıyev, Mehman Mahmudov, Alik Yunusov
İlk dövrədəki oyun – 0:3
14:00. "Muğan" - "Qəbələ"
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Zöhrab Əliyev, Azad Q. Hüseynov, Elşən Acalov, Azad Mütəllimov
İlk dövrədəki oyun – 0:3
14:15. "Qarabağ" - "İnter"
Ağdam. Quzanlı qəsəbə stadionu
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Ramiz Əsədov, Rəhim Həsənov
İlk dövrədəki oyun – 1:2
Bombardir: Adrian Neaqa ("Neftçi") - 9

| komandalar | O | Q | H | M | T | X |
1 | "İnter" | 20 | 14 | 3 | 3 | 34-17 | 45 |
2 | "Qarabağ" | 20 | 11 | 7 | 2 | 19-10 | 40 |
3 | "Xəzər-Lənkəran" | 20 | 11 | 7 | 2 | 26-11 | 40 |
4 | "Bakı" | 20 | 10 | 5 | 5 | 21-16 | 35 |
5 | "Neftçi" | 20 | 9 | 7 | 4 | 20-13 | 34 |
6 | "Qəbələ" | 20 | 9 | 5 | 6 | 22-20 | 31 |
7 | "Simurq" | 20 | 7 | 7 | 6 | 22-20 | 28 |
8 | "Olimpik-Şüvəlan" | 20 | 6 | 6 | 8 | 19-20 | 24 |
9 | "Turan" | 20 | 4 | 4 | 12 | 21-29 | 16 |
10 | "Muğan" | 20 | 3 | 5 | 12 | 12-27 | 14 |
11 | "Standard" | 20 | 2 | 4 | 14 | 14-31 | 10 |
12 | “Karvan” | 20 | 2 | 4 | 14 | 16-32 | 10 |
Bombardir: Adrian Neaqa ("Neftçi") - 9
0
0