“İnter” üçün əlamətdar hadisə
16.02.2010 - 14:25
Unibank Premyer Liqasının XXI turu Bakının “İnter” klubu üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, Ağdamın “Qarabağ” klubu ilə sabah keçiriləcək qarşılaşma paytaxt təmsilçisinin Azərbaycan çempionatında 250-ci oyunu kimi tarixə düşəcək. 1999-cu ildən güclülər dəstəsində mübarizə aparan komanda 4 mövsüm “Xəzər Universiteti” adı altında çıxış etdikdən sonra “İnter”ə çevrilib. Ümumilikdə isə yubilyar Premyer Liqada 10-cu mövsümünü keçirir.
mövsüm | O | Q | H | M | T | X |
1999/00 | 22 | 5 | 3 | 14 | 19-41 | 18 |
2000/01 | 20 | 9 | 2 | 9 | 26-38 | 29 |
2001/02 | 25 | 11 | 4 | 10 | 31-27 | 37 |
2003/04 | 26 | 15 | 6 | 5 | 37-16 | 51 |
2004/05 | 34 | 19 | 9 | 6 | 41-24 | 66 |
2005/06 | 26 | 14 | 8 | 4 | 35-14 | 50 |
2006/07 | 24 | 13 | 6 | 5 | 36-12 | 45 |
2007/08 | 26 | 18 | 4 | 4 | 55-18 | 58 |
2008/09 | 26 | 18 | 7 | 1 | 54-16 | 61 |
2009/10 | 20 | 14 | 3 | 3 | 34-17 | 45 |
Cəmi | 249 | 136 | 52 | 61 | 365-223 | 460 |
0
0