Avropanın ən yaxşı braziliyalı futbolçusu kimdir? - FOTO
16.02.2010 - 15:03
İspaniyanın “Sevilya” klubunun futbolçusu Luis Fabiano növbəti mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçu üçün təsis olunan “Qızıl samba” mükafatına sahib çıxıb.
Qalibi müəyyənləşdirmək üçün keçirilən sorğuda Fabiano səslərin 20,9 faizini toplayıb. İtaliya “İnter”inin qapıçısı Julio Sezar ikinci, Madrid “Real”ında çıxış edən Kaka üçüncü olub. Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo isə siyahıda 12-ci yerlə kifayətlənib.

0
0