Təqvimdə növbəti dəyişiklik
16.02.2010 - 16:40
Təqvimdə növbəti dəyişiklik
Unibank Premyer Liqasının təqvimində növbəti dəyişiklik edilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi internet saytına istinadən məlumatına görə, qurum fevralın 21-də keçirilməli olan XXII turun qarşılaşmalarının təqvimində dəyişiklik edib.

Belə ki, “Bakı” və “Muğan” klubları arasında qarşılaşma bir gün əvvəl ayın 20-də keçiriləcək. Buna paytaxt və Salyan təmsilçisi arasında razılığın əldə olunması və hər iki klubun PFL-ə müraciət etməsi səbəb olub.