Vaqif Sadıqov “Xəzər-Lənkəran”ı tərifləyib, azarkeşləri stadiona səslədi
17.02.2010 - 00:02
“Xəzər-Lənkəran” hücum xətti, məzmunlu oyun göstərməsi ilə ölkənin 2 ən yaxşı komandasından biridir. Biz də ilk növbədə rəqibin hücum xəttini zərərsizləşdirməliyik. Lakin bununla kifayətlənməyib, qələbə üçün lazım olanı etməliyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
51 yaşlı mütəxəssisin fikrincə, Unibank Premyer Liqasının XXI turunun “Xəzər-Lənkəran”la oyunu ərəfəsində komandası matça tam hazırdır. Azarkeşlərin bir-birinə layiq iki komandanın mübarizəsinə şahid olacağına inanan Sadıqov qarşılaşmanın hansı dərəcədə dəyərli olduğunu da yaxşı dərk edir: “Matç iki güclü, bir-birinə yaxşı tanış olan komandaların qarşılaşması olacaq. “Xəzər-Lənkəran” artıq “altılıq”da yerini təmin edib. İndi onlar qızıl xallarının sayını artırmağa çalışacaq. Biz isə həm “altılığ”a düşmək, həm də qızıl xallar qazanmaq üçün mübarizə aparacağıq. Bir sözlə, maraqlı oyunun şahidi olacaqsınız. Bu səbəbdən bütün azarkeşləri stadiona dəvət edirəm”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Xəzər-Lənkəran” oyunu saat 14:00-da başlayacaq.

0
0