“Futbolçular söz verdilər ki...”
16.02.2010 - 18:06
“Qəbələ”nin kapitanı Kənan Kərimov Unibank Premyer Liqasının XXI turu çərçivəsində “Muğan”la sabahkı səfər oyununu buraxacaq. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Ramiz Məmmədov məlumat verib. Onun sözlərinə görə, ötən tur “Bakı” ilə görüşün 23-cü dəqiqəsində əvəzlənən Kərimovun zədəsi ciddidir.
“Kənan məhz bu səbəbdən “Muğan”la görüşdə bizə kömək etməyəcək. Onun yoxluğu bizim üçün itkidir. Təəssüf ki, son turda arzuolunmaz zədə aldı. Bununla bağlı futbolçularla bağlı söhbətimiz olub. Komanda yoldaşları söz veriblər ki, Kənanın yoxluğunu unutduracaqlar” – deyə Məmmədov bildirib.
Qeyd edək ki, Kənan cari çempionatda vurduğu 4 qolla komandasının bombardiridir.

0
0