Ramazanov “Xəzər-Lənkəran”a da rəhm etmədi
16.02.2010 - 18:17
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında Azərbaycan birinciliyində XXI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bugünkü tur liderlərin – “Qarabağ”la “İnter”in qarşılaşması ilə əlamətdar olub.
Ancaq matçda qalib müəyyənləşməyib. Qol vura bilməyən tərəflər hərəyə 1 xalla kifayətlənib. Prinsipial rəqiblər – “Neftçi” və “Xəzər-Lənkəran”ın görüşündə isə bakılılar rəqibini darmadağın edib – 6:0. Zaur Ramazanovun kiçik qardaşı Ağabala ötən turun “Karvan”la oyununda olduğu kimi, yenə dubla imza atıb. Bakılılar isə son iki matçda 11 cavabsız qol vurmaqla diqqət çəkir. Turun digər qarşılaşmalarında “Turan” və “Muğan” asan qələbələr qazandısa, “Bakı” ilə “Simurq” isə çətinliklə 3 xalı əldə edib.
“Qarabağ” – “İnter” – 0:0
“Simurq” – “Olimpik-Şüvəlan” – 3:2
“Karvan” – “Bakı” – 1:2
“Neftçi” – “Xəzər-Lənkəran” – 6:0
“Standard” – “Turan” – 0:3
“Muğan” – “Qəbələ” – 3:0

| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | "Qarabağ" | 21 | 17 | 2 | 2 | 46-10 | 53 |
2 | "İnter" | 21 | 15 | 3 | 3 | 58-17 | 48 |
3 | "Neftçi" | 20 | 13 | 1 | 6 | 48-16 | 40 |
4 | "Muğan" | 21 | 13 | 1 | 7 | 40-22 | 40 |
5 | "Bakı" | 20 | 11 | 1 | 8 | 39-32 | 34 |
6 | "Qəbələ" | 21 | 11 | 1 | 9 | 37-28 | 34 |
7 | "Xəzər-Lənkəran" | 21 | 10 | 3 | 8 | 34-33 | 33 |
8 | "Turan" | 21 | 9 | 3 | 9 | 39-45 | 30 |
9 | "Olimpik-Şüvəlan" | 21 | 6 | 3 | 12 | 25-42 | 21 |
10 | "Simurq" | 21 | 4 | 2 | 15 | 23-57 | 14 |
11 | "Karvan" | 21 | 2 | 4 | 15 | 14-51 | 10 |
12 | "Standard" | 21 | 1 | 2 | 18 | 11-61 | 5 |
0
0