“Qırmızı şeytanlar” “Milan” üçün qırmızı işıq yandırdı
18.02.2010 - 09:33
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 4 qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, digər görüşləri gələn həftə baş tutacaq qitənin ən nüfuzlu klub turnirinin arxada qalan matçları rəqiblər arasında ciddi fərqin olmadığını göstərib. Belə ki, 4 oyunun hamısında qalib tərəf minimal fərli üstünlüyə sevinib.
Bu komandalardan 3-ü öz meydanında qalib gəldiyindən cavab matçı ərəfəsində şanslar təxminən bərabər dəyərləndirilə bilər. “Bavariya” və “Porto” səfər qarşılaşmalarına rahat yollana biləcək. İlk matçdakı qələbələrdən sonra onları heç-heçə də qane edir. Lakin səfərdə uduzan “Fiorentina” və “Arsenal”a bir cavabsız qol lazımdır. Bu iki komanda ilə müqayisədə, “Real”ın vəziyyəti daha çətindir. Onlar “Lion”u dayandırmaq üçün daha böyük fərqlə qalib gəlməlidirlər. Çünki cavabsız qol yalnız əlavə vaxta daşıya bilər.
“San Siro” stadionundakı qol yağışından sonra “Milan” ölkə miqyaslı turnirlərə köklənməyə məcburdur. Çünki “qırmızı şeytanlar” italiyalıların qarşısında qırmızı işıq yandırdı. Artıq “Mançester Yunayted”ə öz meydanındakı məğlubiyyətdən sonra “qara-qırmızılar”ın 1/4 final arzularının gerçəkləşməsi möcüzə sayılır. Onlar “Old Trafford”da iki top fərqi ilə qalib gəlməlidir. Ya da onlar rəqib qapısına 3-dən artıq ol vuraraq minimal üstünlük əldə etməlidir.
16 fevral
“Lion” (Fransa) – “Real” (İspaniya) - 1:0
QOL: Makoun, 47
“Milan” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) - 2:3
QOLLAR: Ronaldinyo, 3; Zeedorf, 86 - Pol Skoulz, 38; Runi, 67; 75
17 fevral
23:45. “Bavariya” (Almaniya) – “Fiorentina” (İtaliya) - 2:1
QOLLAR: Roben, 45: Kloze, 90 - Kroldrup, 51
Qırmızı vərəqə: Massimo Qobbi, 73 (Fiorentina)
23:45. “Porto” (Portuqaliya) – “Arsenal” (İngiltərə) -2:1
QOLLAR: Varela, 11; Falkao, 51 - Campbell, 19

0
0