“Bakı” klubunun baş həkimi Murad Mərdanlı dünyasını dəyişdi
17.02.2010 - 01:54
“Bakı” klubunun baş həkimi Murad Mərdanlı dünyasını dəyişdi
“Bakı” klubunun baş həkimi Murad Mərdanlı vəfat edib. Apasport.az saytının xəbərinə görə, mərhum bir neçə gün öncə infarkt keçirdiyindən xəstəxanaya yerləşdirilmişdi. Srağagün xəstəxanadan evə buraxılsa da, az öncə dünyasını dəyişib.

Xatırladaq ki, Murad Mərdanlı karyerası ərzində Türkiyənin “Trabzonspor”, “Ərzurumspor”, ölkəmizdə isə “Neftçi” klubunda çalışıb. Mərdanlının son çalışdığı komanda paytaxtın "Bakı" klubu idi.

Allah rəhmət eləsin!