Milli komandamızın rəqibi okeanın o tayına gedir
17.02.2010 - 10:24
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsindəki rəqibi Türkiyə yığmasının yoldaşlıq oyunlarında daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” mayın 29-da ABŞ komandası ilə görüşəcək.
ABŞ yığması üçün bu qarşılaşma bu ilin iyununda CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Fevralın 24-də Salvador, martın 3-də isə Hollandiya ilə görüşəcək Bob Bredlinin yetirmələri türkiyəlilərlə Filadelfiya şəhərində qarşılaşacaqlar.
Qeyd edək ki, amerikalılardan öncə Türkiyə komandası martın 3-də İstanbulda Hondurası sınağa çəkəcək.

0
0