Braziliya - Azərbaycan matçı niyə baş tutmadı?
17.02.2010 - 10:55
Futzal üzrə Azərbaycan milli komandasının bu ilin martına planlaşdırılan Braziliya ilə yoldaşlıq görüşü baş tutmayacaq. Bunu apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Assosiasiya rəsmisi bildirib ki, futzal yığmamız üçün hazırlanan 6 aylıq plan-təqvimdə braziliyalılarla matç yer almayıb.
“Futzal üzrə milli komandamız üçün 6 aylıq hazırlıq planı üzərində işləyirik. Lakin orada Braziliya yığması ilə görüş yoxdur. Yəni, yaya qədər braziliyalılarla yoldaşlıq oyunu keçirməyəcəyimiz dəqiqdir. Ola bilsin ki, ilin ikinci yarısında qarşı tərəflə razılıq əldə etdik” - deyə Məmmədov vurğulayıb.
Qeyd edək ki, yığmamızın Braziliyada yerli komanda ilə yoldaşlıq görüşünün Avropa çempionatından sonra, UEFA Kuboku “Dördlər finalı”ndan isə öncə, başqa sözlə martda keçiriləcəyi gözlənilirdi.

0
0