“Neftçi” ilə oyunda “Xəzər-Lənkəran”ın qapısına penalti təyin olunacaq”
17.02.2010 - 11:30
“Neftçi” ilə oyunda “Xəzər-Lənkəran”ın qapısına penalti təyin olunacaq”
Unibank Premyer Liqasının XXI turunda Bakının “Neftçi” ilə qarşılaşacaq “Xəzər-Lənkəran”ın fan-klubu azarkeşlər arasında sorğu keçirib. Apasport.az saytının məlumatına görə, cənublu azarkeşlər ölkənin ən titullu komandası ilə bağlı sualları cavablandırıb.

Lənkəran şəhərinin müxtəlif yerlərində oyundan bir gün əvvəl keçirilən sorğuda ümumilikdə 235 nəfər iştirak edib. "12-ci oyunçu" azarkeş klubu təşkilat komitəsinin mətbuat bölməsi və qurumun internet saytının araşdırmalarının nəticələri göstərib ki, cənublu azarkeşlər Bakıda məğlub olmaqdan çəkinir. Onlar hakimlərin, ədalət təmsilçilərinin qərarlarının, pərdəarxası oyunların “Xəzər-Lənkəran”ın əleyhinə olacağından ehtiyatlanır. Sorğuda iştirak edənlərin qənaətinə görə, hətta hava şəraiti, yararsız meydan və televiziya şərhçisi də bu gün “ağ-qara” formada olacaq.

1. "Neftçi"- "Xəzər Lənkəran” oyununda cənubluların qapısına penalti təyin olunacaqmı?

Hə - 85 %
Yox – 12 %
Hər iki qapıya təyin olunacaq – 3%

2. Oyunu idarə edəcək hakimlər kimə tərəfdarlıq edəcək?

“Neftçi”yə - 70 %
“Xəzər-Lənkəran”a – 2%
Obyektiv olacaq – 28%

3. Oyunu yayımlayacaq “İdman Azərbaycan” kanalında canlı yayımı zamanı reportajın aparıcısı kimə tərəfdarlıq edəcək?

"Neftçi" - 97%,
"Xəzər-Lənkəran" - 3%

4. “Neftçi”nin qələbə qazanmasına hansı amillərin təsiri mümkündür?

Pərdəarxası oyunlar və ya digər təzyiq vasitələri – 90%
Hava şəraiti və yararsız meydança – 10%
Komandanın hazırlığı və ya komandanın güclü, rəqibin isə zəif olması – 0%
Bukmeker kontorları – 0%

5. “Xəzər-Lənkəran”ın qələbə qazanmasına hansı amillərin təsiri mümkündür?

Komandanın hazırlığı və ya komandanın güclü, rəqibin isə zəif olması – 100%
Pərdəarxası oyunlar və ya digər təzyiq vasitələri – 0%
Hava şəraiti və yararsız meydança – 0%
Bukmeker kontorları – 0%

6. Heç-heçə olmasına hansı amillərin təsiri mümkündür?

Pərdə arxası oyunlar və ya digər təzyiq vasitələri – 50%
Hava şəraiti və yararsız meydança – 50%
Komandanın hazırlığı və ya komandanın güclü, rəqibin isə zəif olması – 0%
Bukmeker kontorları – 0%