İordaniya yığmasının futbolçusu Azərbaycan klubuna keçir
17.02.2010 - 12:30
İordaniya yığmasının futbolçusu Azərbaycan klubuna keçir
Fevralın 25-də Azərbaycanla yoldaşlıq görüşündə qarşılaşacaq İordaniya yığmasının futbolçusu Moayed Abu Köşk karyerasını ölkəmizdə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, çıxış etdiyi “Əl-Fəysəl” klubunu tərk edib, Avropaya üz tutmaq istəyən 28 yaşlı yarımmüdafiəçi Azərbaycan komandalarından birinin maraq dairəsinə düşüb.

Yunanıstan “Şkoda”sı ilə adı açıqlanmayan təmsilçimiz arasında seçim etməli olan Abu-Köşk artıq ölkəmizin xeyrinə qərar verib. Yaxın həftələr ərzində danışıqları yekunlaşdıracaq yarımmüdafiəçi “transfer pəncərəsi” bağlandığından yalnız yeni mövsümdə Unibank Premyer Liqasında çıxış edə biləcək.

Qeyd edək ki, 2002-ci ildən İordaniya yığmasına çağırılan Moayed millidə 22 oyun keçirib. İndiyədək yalnız vətənində, Əmman komandalarında forma geyinərək, 2007-ci ilədək “Əl-Bəqə”, daha sonra isə “Əl-Fəysəl”də oynayıb.