“Qalatasaray” İstanbula alnıaçıq, “Fənərbaxça” məğlub qayıdır
19.02.2010 - 01:57
“Qalatasaray” İstanbula alnıaçıq, “Fənərbaxça” məğlub qayıdır
Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubu Fransada “Lill”ə qarşılaşıb və meydanı məğlub tərk edib. Digər İstanbul nəhəngi “Qalatasaray” isə İspaniyada “Atletiko” ilə çətin oyunda sərfəli nəticə göstərib. Fasiləyə məğlub durumda yollanan “Cim Bom” ikinci hissədə Keytanın qolu sayəsində tarazlığı bərpa edib.

Həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” isə “Verder”lə üz-üzə gəlib. Enshede təmsilçisi bu görüşdə rəqibindən üstün olub.

Qeyd edək ki, 1/16 finalın ilk oyunu “Everton” (İngiltərə) və “Sportinq” (Portuqaliya) arasında keçirilib. İki gün əvvəl baş tutan qarşılaşmada meydan sahibləri qələbə qazanmışdı - 2:1.



Qeyd edək ki, 1/16 finalın ilk oyunu “Everton” (İngiltərə) və “Sportinq” (Portuqaliya) arasında keçirilib. İki gün əvvəl baş tutan qarşılşamada meydan sahibləri qələbə qazanmışdı - 2:1.

“Fulhem” (İngiltərə) – “Şaxtyor” (Ukrayna) - 2:1
Gera, 3; Zamora, 64 - Luiz Adriano, 32

“Liverpul” (İngiltərə) – “Unirea” (Rumıniya) - 1:0
Ngog, 81

“Hamburq” (Almaniya) – PSV (Hollandiya) - 1:0
Yansen, 26 (p)

“Atletiko” (İspaniya) – “Qalatasaray” (Türkiyə) - 1:1
Reyes, 23 - Keyta, 77

“Herta” (Almaniya) – “Benfika” (Portuqaliya) - 1:1
Xavi Qarsia, 33 (avtoqol) - Di Maria, 4

“Atletik” (İspaniya) – “Anderlext” (Belçika) - 1:1
San Jose, 58 - Biglia, 34

“Kopenhagen” (Danimarka) – “Marsel” (Fransa) - 1:3
Gronkjaer, 80 (p) - Niang, 73; Ben Arfa, 85; Kabore, 90

“Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) - 3:2
Salpingidis, 67; Christodoulopoulos, 85; Sisse, 89 - Vuçiniç, 29; Pizarro, 81 (p)

“Rubin” (Rusiya) – “Hapoel” (Təl-Əviv, İsrail) – 3:0
Buxarov, 14; 23; Semak, 70

“Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya) – 1:2
Suleymani, 17 - Amauri, 32; 59
Qırmızı vərəqə: Salihamiciç, 90

“Tvente” (Hollandiya) – “Verder” (Almaniya) – 1:0
Yanssen, 38

“Lill” (Fransa) – “Fənərbaxça” (Türkiyə) – 2:1
Balmont, 3; Frau, 52 - Vederson, 6

“Brügge” (Belçika) – “Valensiya” (İspaniya) – 1:0
Kouemaha, 57
Qırmızı vərəqə: Silva, 52 (Valensiya)

Vilyarreal” (İspaniya) – “Volfsburq” (Almaniya) - 2:2
Senna, 43; Ruben, 86 - Qrafite, 66; 84 (p)
Qırmızı vərəqə: Marcano, 83

“Standard” (Belçika) – “Zalsburq” (Avstriya) – 3:2
Vitsel, 66 (p); 82; De Camargo, 80; - Yanko, 5; 45