UEFA kubokunun qalibləri mağazaya buraxılmadılar
17.02.2010 - 14:10
UEFA kubokunun son qalibi Ukraynanın “Şaxtyor” klubunun futbolçuları İngiltərədə kuryoz hadisə ilə üzləşiblər. Apasport.az saytının məlumatına görə, Avroliqanın 1/16 final mərhələsində sabah Londonun “Fulhem” komandası ilə görüşəcək donetsklilər oyunöncəsi alış-veriş etmək istəyiblər.
Bir qrup futbolçu bu məqsədlə Londonda ən nüfuzlu mağazalardan sayılan “Harrods”a baş çəkmək qərara alıblar. Ancaq onları mağazaya buraxmayıblar. Bunu alıcıların bir-birdən çoxalması ilə izah ediblər. Bu azmış kimi, ingilislər eyni idman kostyumlarını geyinən “Şaxtyor”un futbolçularından şübhələniblər. Donetsklilər mağaza sahiblərinə futbol komandasının üzvü olduqlarını, təlim-məşq toplanışında alış-verişə getmək üçün rəsmi geyinməyin qəbul olunmadığını başa salsalar da, bu, bir nəticə verməyib. Belə olan halda, “Şaxtyor”lular yaxınlarına hədiyyə almaq üçün digər mağazaya gediblər.

0
0