Türkiyə milli komandasında rəsmən yeni baş məşqçi
17.02.2010 - 14:36
Milli komandaya baş məşqçi axtarışlarını yekunlaşdıran Türkiyə Futbol Federasiyasının (TFF) hollandiyalı mütəxəssis Qus Hiddinklə anlaşdığı rəsmən təsdiqləyib. Apasport.az saytının məlumatına görə, 63 yaşlı çalışdırıcı ilə Hollandiyanın Amsterdam şəhərində görüşən TFF-nin prezidenti Mahmud Özgənər və baş katibi Lütfi Arıboğan onu Türkiyə yığmasında işləməyə razı salıb.
Hiddink “2+2 il” şərti əsasında müqavilə bağlayıb. Onun milli komandada köməkçiləri “ay-ulduzlular”ın sabiq kapitanı Oğuz Çətin və Engin İpekoğlu olacaq. Hollandiyalının daha bir köməkçisi isə həmyerlisi olacaq.
Tərəflər arasında anlaşma bu il avqustun 1-dən qüvvəyə minəcək. Məsələ burasındadır ki, Hiddinkin Rusiya milli komandası ilə müqaviləsi yayda bitəcək. Bu səbəbdən Türkiyə yığmasının yeni baş məşqçisinin təqdimat mərasimi də sonra keçiriləcək.
Qeyd edək ki, karyerası ərzində bir sıra klublarına rəhbərlik etmiş Hiddink Hollandiya, Cənubi Koreya, Avstraliya və Rusiya milli komandalarını da çalışdırıb. 12 il əvvəl həmyerliləri, 2002-ci ildə asiyalılarla dünya çempionatının yarımfinalına çıxan mütəxəssis 2 il əvvəl keçirilən qitə birinciliyində Rusiya yığması ilə eyni uğuru qazanıb.

0
0