Keçmiş futbolçu ölü tapıldı
17.02.2010 - 18:30
Keçmiş futbolçu ölü tapıldı
Avstraliya milli komandasının sabiq futbolçusu İan Qreyin meyiti tapılıb. Apasport.az saytının məlumatına görə, 46 yaşlı veteran futbolçunun cəsədi onun Sidney şəhərindəki mənzilində aşkarlanıb. Ölümün səbəbi bilinmir. Sidney polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qreyin meyiti onun dostları tərəfindən tapılıb. Onların sözlərinə görə, İan bir neçə vacib görüşü buraxıb və telefon zənglərinə cavab verməyib. Məhz bundan sonra şübhələnən dostlar sabiq futbolçunun evinə gedərək, cəsədlə qarşılaşıblar.

Qeyd edək ki, Qrey 1984-92-ci illərdə Avstraliya yığmasında 35 oyun keçirib.