Mircavadov: Belə bərbad meydançada yaxşı oynamaq mümkün deyil
17.02.2010 - 18:16
“Meydançanın vəziyyəti çox pis idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Unibank Premyer Liqasının XXI turu çərçivəsində “Neftçi” ilə bugünkü səfər oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında cənub təmsilçisinin çalışdırıcısı Respublika stadionunun meydançasından narazı qalıb: “Belə bərbad meydançada yaxşı futbol göstərmək mümkün deyildi. Futbolçular bu cür qazonda daha çox mübarizə apardılar, döyüşdülər. Hesab edirəm ki, nəticə oyuna görə oldu. Mən bugünkü qolsuz heç-heçəni ədalətli nəticə sayıram”.

0
0