Kloze “Bavariya”ya həyat verdi, “Arsenal” uduzdu - YENİLƏNİB
18.02.2010 - 01:36
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində daha iki matç keçiriləcək. Apasport.az saytının məlumatına görə, bütün Avropanın diqqəti Münhen və Portuya yönələcək.
Qitənin ən güclü 16 komandası sırasında olan 4 klubla yanaşı, onların görüşlərini idarə edən hakimlər də diqqət mərkəzində olacaq. Belə ki, oyunların hər ikisi qalmaqalla məşhurlaşan skandinaviyalı referilərə tapşırılıb. “Bavariya” ilə “Fiorentina” Tom Henninq Evrebenin çaldığı fitlə oynamalı olacaq. Bu həmin norveçli hakimdir ki, ötən mövsüm ÇL-in yarımfinalında “Çelsi” – “Barselona” oyununun taleyini “həll etmişdi”.
Bir neçə ay əvvəl isə Martin Hansson bütün dünyanı heyrətləndirən qərar vermişdi. İsveçli referi Tyeri Anrinin əllə İrlandiya yığmasının qapısına vurduğu qolu qeydə alıb Fransa yığmasına “xidmət etmişdi”. Qalmaqalçı hakimlərin bu gün axşam yenə şou göstərib-göstərməyəcəyi isə qarşılaşmalar zamanı məlum olacaq.
23:45. “Bavariya” (Almaniya) – “Fiorentina” (İtaliya) - 2:1
QOLLAR: Roben, 45: Kloze, 90 - Kroldrup, 51
Qırmızı vərəqə: Massimo Qobbi, 73 (Fiorentina)
Baş hakim: Tom Henninq Evrebe (Norveç)
23:45. “Porto” (Portuqaliya) – “Arsenal” (İngiltərə) -2:1
QOLLAR: Varela, 11; Falkao, 51 - Campbell, 19
Baş hakim: Maqnus Hansson (İsveç)

0
0